ARGTMŞ-ya üzv olan bir sıra gənclər təşkilatlarının rəhbərlərinin iştirakı ilə qeyri-formal formatda növbəti “Çay Məclisi” baş tutub

27 Dekabr 2019

ARGTMŞ-ya üzv olan bir sıra gənclər təşkilatlarının rəhbərlərinin iştirakı ilə qeyri-formal formatda növbəti “Çay Məclisi” baş tutub

27 Dekabr 2019-cu il tarixində, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına (ARGTMŞ) üzv olan bir sıra gənclər təşkilatlarının rəhbərlərinin iştirakı ilə qeyri-formal  formatda növbəti “Çay Məclisi”  baş tutub. Görüşdə, gənclər təşkilatlarının rəhbərləri, ARGTMŞ-nın sədri Məryəm Məcidova və katiblik nümayəndələri iştirak etmişdir. Çay məclisi zamanı “20 Yanvar” faciəsinin 30-cu ildönümü ilə bağlı verilən təkliflərin, təlimçilər bazasının, bu il həyata keçirilən layihələrin müzakirəsi olunmuş, təşkilat rəhbərlərinin fikir və şərhləri dinlənilmişdir.

#NAYORA