ARGTMŞ-yə üzv olan gənclər təşkilatları nümayəndələri ilə Çay Məclisi keçirilmişdir

17 Sentyabr 2019

ARGTMŞ-yə üzv olan gənclər təşkilatları nümayəndələri ilə Çay Məclisi keçirilmişdir

Tədbirin məqsədi: Gənclər təşkilatlarını maraqlandıran bir sıra mövzular, qarşıdan gələn aylarda fəaliyyət istiqamətləri, cari məsələlər, gənclər sahəsində fəaliyyət istiqamətləri, gələcək planların və s. müzakirəsi, təşkilat rəhbərlərinin təklif və şərhlərini dinləmək

Tədbirin formatı və keçirilmə yeri: Çay məclisi, Globus Center 8-ci mərtəbə, Bakı şəhəri

Təşkilatçı(lar): ARGTMŞ

İştirakçılar: ARGTMŞ-yə üzv olan gənclər təşkilatlarının rəhbərləri və ARGTMŞ katibliyi


17 sentyabr 2019-cu il tarixində, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) gənclər təşkilatlarının rəhbərləri ilə çay məclisi keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Kənan Əliyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, Baş katibi Hüseyn Məmmədov və NAYORA-nın digər əməkdaşları iştirak etmişdir. Çay məclisi zamanı gənclər təşkilatlarını maraqlandıran bir sıra mövzular, qarşıdan gələn aylarda fəaliyyət istiqamətləri, cari məsələlər, gənclər sahəsində fəaliyyət istiqamətləri, gələcək planlar və s. müzakirə olunmuş, təşkilat rəhbərlərinin təklif və şərhləri dinlənilmişdir.
Görüşün yekununda isə təşkilat rəhbərləri ARGTMŞ-nın yeni ofisi ilə tanış olublar.
Qeyd edək ki, Çay Məclisi – ARGTMŞ tərəfindən həyata keçirilən və üzvlərinin iştirakı ilə ildə iki dəfə baş tutan Məclis arasında keçirilir.


#NAYORA #ÇayMəclisi