Avropa İttifaqı Gənclər Konfransı keçirilmişdir

28 Mart 2019

Avropa İttifaqı Gənclər Konfransı keçirilmişdir

Rumıniyanın  Buxarest şəhərində Avropa İttifaqı Şurası, Rumıniya sədrliyinin təşkilatçılığı ilə 25-28 mart tarixlərində "Avropa İttifaqı Gənclər Konfransı" təşkil olunmuşdur. Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş şöbəsinin Gənclər Təşkilatları ilə İş sektorunun aparıcı məsləhətçisi Nisə Paşayeva və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) Beynəlxalq Əlaqələr üzrə katibi Aydın Mehdiyev təmsil etmişdir.
Tədbir çərçivəsində müxtəlif günlərdə "Məşğulluğun gələcəyi və gənclər", "Məşğulluğun Gələcəyi, Avropa İttifaqının Gənclik Hədəfləri və Gənclər Siyasəti", "Avropa Birliyi Gənclər Dialoqu", "Avropa İttifaqının gələcəyində gənclərin rolu" və digər mövzularda geniş müzakirələr aparılmış və mövzular üzrə təlimlər həyata keçirilmişdir.
#NAYORA #AzeYouthPolicy #AzeYouthExchange