Azərbaycan Gənclər Fondunun dəstəyi və Binəqədi Gənclər Evi və ”SABAH” Futbol Klubunun tərəfdaşlığı, NAYORA-nın təşkilatçılığı ilə “Gənclər təşkilatları arasında Futbol Yarış” keçirilmişdir

16 Oktyabr 2019

Azərbaycan Gənclər Fondunun dəstəyi  və Binəqədi Gənclər Evi və  ”SABAH” Futbol Klubunun tərəfdaşlığı, NAYORA-nın təşkilatçılığı ilə “Gənclər təşkilatları arasında Futbol Yarış” keçirilmişdir

Əziz gənclər!
12 oktyabr tarixində Azərbaycan Gənclər Fondunun dəstəyi (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) və "SABAH" Futbol Klubunun tərəfdaşlığı (Sabah FC), Binəqədi Gənclər Evi (Binəqədi Gənclər Evi / Binagadi Youth House) və NAYORA-nın təşkilatçılığı ilə “Gənclər təşkilatları arasında Futbol Yarış” keçirilmişdir.
Maraqlı və gərgin mübarizə şəraitində keçirilən futbol marafonunda əsas məqsəd gənclər təşkilatlarında gənc ruhun möhkəmlənməsi, idman fəaliyyəti vasitəsilə onlar arasında dostluq əlaqələrinin gücləndirilməsidir.
Yarış zamanı 8 komanda qarşı qarşıya gəldi və “Gənclər Təşkilatları Arasında Futbol Yarışı”: FİNAL MƏRHƏLƏSİndə aşağıda adları qeyd edilən komandalar ilk 3 yerin qalibləri seçildi:
1-ci yer: “İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyi, IMSI
2-ci yer: AEGEE- Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyi, AEGEE-Bakı (European Students' Forum)
3-cü yer: Azərbaycan Gənclər Fondu Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation

Bütün təşkilatçılara və tərəfdaşlara təşəkkürümüzü bildiririk və gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

#NAYORA #AzGF #BinəqədiGE #SabahFC #AzeYouthPolicy #YouthStrategy