Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib

12 İyul 2019

Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib

5 dekabr 2019-cu il tarixində “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 3000-ə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib.

Könüllülər ilk olaraq, Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Daha sonra Bakı Konqres Mərkəzində baş tutan forum çərçivəsində ölkədə fəaliyyət göstərən bütün könüllü hərəkatlarının və gənclər təşkilatlarının sərgisi təşkil olunub. 
Forum könüllü təşkilatları və hərəkatlarının təmsilçilərinin “TEDx” formatında çıxışları və il ərzində fəallıq nümayiş etdirmiş könüllülərin mükafatlandırılması, həmçinin beynəlxalq müsabiqələrdə nailiyyətlər əldə edən istedadlı gənclərin təqdimatında musiqi nömrələri ilə davam etdirilib.

NAYORA-da baş tutan tədbirdə iştirak edib.

#AzGF #könlümAzərbaycan #NAYORA #IVD2019  #VolunteeringDay