Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının "Təlimlər Bloku layihəsi" çərçivəsində NAYORA könüllüləri ilə ilk təlim görüşü keçirilmişdir

2 Mart 2019

Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının "Təlimlər Bloku layihəsi" çərçivəsində NAYORA könüllüləri ilə ilk təlim görüşü keçirilmişdir

2 Mart 2019-cu il, saat 11:00-da Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının ( NAYORA) Təlimlər Bloku layihəsi çərçivəsində NAYORA könüllüləri ilə ilk təlim görüşü baş tutmuşdur.
Təlimçilər qismində NAYORA-nın Baş katibi Hüseyn Məmmədov və İctimaiyyətlə Əlaqələr üzrə katibi Günel Salayeva çıxış etmişlər.
Təlimə salamlama nitqi ilə başlayan Hüseyn Məmmədov ilk öncə NAYORA-nın tarixi, məqsədləri, strukturu, fəaliyyət strategiyası, üzv təşkilatlarla iş, beynəlxalq əməkdaşlıq və NAYORA-nın ölkədə aparılan gənclər siyasətində rolu haqqında danışıb. Daha sonra könüllülərə protokol qaydaları, rəsmi sənədlərin hazırlanması, rəsmi yazı qaydaları, müraciət və subardinasiya qaydaları, etiket qaydaları və bədən dili mövzularında geniş məlumat verərək təlimin birinci hissəsini yekunlaşdırıb.
Təlimin ikinci hissəsində isə, Günel Salayeva PR strategiyası, sosial mediada PR, ictimaiyyətlə əlaqələr üzrə vəzifə öhdəlikləri, marketinq kampaniyaları və aksiyalarının keçirilmə texnologiyası, sosial mediadan effektiv istifadə kimi mövzularda nəzəri və praktiki məlumatlar verərək, mövzuyla bağlı maraqlı videoçarxların da təqdimatını etmişdir.
Daha sonra mövzular üzrə müzakirələr baş tutmuşdur.
Qeyd edək ki, NAYORA-nın Təlimlər Bloku layihəsi aprel ayına kimi davam edəcək.

#NAYORA #AzeYouthPolicy