Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) gənclər təşkilatlarının rəhbərləri ilə çay məclisi keçirilib

5 Aprel 2019

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) gənclər təşkilatlarının rəhbərləri ilə çay məclisi keçirilib

5 aprel 2019-cu il tarixində, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının gənclər təşkilatlarının rəhbərləri ilə çay məclisi keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Kənan Əliyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, Baş katibi Hüseyn Məmmədov, NAYORA-nın idarə heyəti və MNTK üzvləri iştirak etmişdir. Görüş zamanı Azərbaycan Respublikasının “Gənclər siyasəti haqqında” Qanununda dəyişikliklər barədə danışıqlar aparılmış, eyni zamanda, cari məsələlər, gənclər sahəsində fəaliyyət istiqamətləri, gələcək planlar və s. müzakirə olunmuşdur.
#NAYORA