Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) Şimali Makedoniyada fəaliyyət göstərən partnyoru CEFE təşkilatı ilə görüşmüşdür

13 İyun 2019

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) Şimali Makedoniyada fəaliyyət göstərən partnyoru CEFE təşkilatı ilə görüşmüşdür

Tədbirin məqsədi:CEFE təşkilatı və NAYORA arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirmək və sentyabr ayında Şimali Makedoniyada keçiriləcək ortaq layihənin detallarını müzakirə etmək

Tədbirin formatı və keçirilmə yeri:Görüş, ARGTMŞ-nın Gənclər Evi, Bakı şəhəri

Təşkilatçı(lar):ARGTMŞ

İştirakçılar:ARGTMŞ-nın sədri vəARGTMŞ-nın Beynəlxalq Əlaqələr üzrə katibi


13 İyun 2019-cu il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) Şimali Makedoniyada fəaliyyət göstərən partnyoru CEFE təşkilatı ilə görüşü baş tutmuşdur. Görüşdə NAYORA-nın sədri Məryəm Məcidova, Beynəlxalq layihələr üzrə katibi Türkan Quliyeva və Sahibkarlıq və Sosial Sahibkarlıq istiqamətində fəaliyyət göstərən təşkilatın (CEFE) layihə meneceri Jovan Stalevski və təlimçi Tale Anastasov iştirak etmişdir. Qonaqlar ilk öncə NAYORA-nın ofisinə gələrək işçilər ilə tanışlıq həyata keçirmişlər.
Qeyd edək ki, görüşün əsas mahiyyəti CEFE təşkilatı və NAYORA arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirmək və sentyabr ayında Şimali Makedoniyada keçiriləcək ortaq layihənin detallarını müzakirə etmək olmuşdur.
#NAYORA