Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri və Baş katibi ilə Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) üzvləri və Büro üzvləri arasında görüş keçirilmişdir

27 Aprel 2019

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri və Baş katibi ilə Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) üzvləri və Büro üzvləri arasında görüş keçirilmişdir

27 aprel, 2019-cu il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Məryəm Məcidova və Baş katibi Hüseyn Məmmədov ilə 🕑 14:00-da Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) üzvləri, 🕓 16:00-da isə Büro üzvləri arasında görüş həyata keçirilmişdir.
Görüşdə ilk olaraq, NAYORA-nın sədri Məryəm Məcidova iclasın açılışını həyata keçirmiş, yetərsay müəyyən edilmiş və iclasın gündəliyi təsdiq edilmişdir. Daha sonra NAYORA-nın Baş katibi Hüseyn Məmmədov qurumun son 4 ay ərzində fəaliyyət planı barədə hesabat vermişdir. İclas cari məsələlərin müzakirəsi ilə yekunlaşmışdır.
Büro üzvləri ilə keçirilən iclasda isə ilk olaraq, NAYORA-nın Baş Katibi Hüseyn Məmmədov çıxış edərək son 4 ayın hesabatını təqdim etmişdir. Təqdimatdan sonra Büro üzvləri tərəfindən təkliflər dinlənilmiş və icrası ilə bağlı ətraflı müzakirələr aparılmışdır. Daha sonra isə NAYORA-ya üzvlük üçün müraciət etmiş təşkilatların müraciətlərinə baxılmış, davamı olaraq növbəti Məclisin tarixi, məkanı və proqramı müəyyənləşdirilərək təsdiqlənmişdir. Görüş cari məsələlərin müzakirəsi isə yekunlaşmışdır.

#NAYORA