Azərbaycan Respublikasının Gənc mütəxəssislərinin Avropa Şurasına təhsil səfəri baş tutub

21 Yanvar 2019

Azərbaycan Respublikasının Gənc mütəxəssislərinin Avropa Şurasına təhsil səfəri baş tutub

21-25 Yanvar tarixlərində Fransanın Strasburq şəhərində “Azərbaycan Respublikasının gənc mütəxəssislərinin Avropa Şurasına təhsil səfəri” adlı tədbir keçirilmişdir.
Səfərdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsləhətçisi Aydan Kərimli, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri Seymur Hüseynov, Beynəlxalq Əməkdaşlıq və Donorlarla İş şöbəsində mütəxəssis Elmira Allahverdiyeva, ATGTİ-nin sədri Faiq Məmmədov və NAYORA-nın Beynəlxalq Əlaqələr üzrə katibi Aydın Mehdiyev iştirak etmişdir. Tədbirin əsas məqsədi iştirakçıları Avropa Şurasının gənclər siyasətindəki yeniliklərlə bağlı məlumatlandırmaq və Azərbaycan Respublikası ilə əlaqələri daha da gücləndirməkdən ibarət olmuşdur.
Tədbirin ilk günü Azərbaycanın nümayəndə heyətinin də iştirakı ilə Avropa Şurası Parlament Assambleyasının açılış mərasimi baş tutmuşdur.
İştirakçılar ilk öncə Avropa Şurasının binasını ziyarət etmiş, Avropa Şurası və Avropa Şurasının Gənclərlə İş üzrə Departamenti haqqında ətraflı məlumatlandırılmış, sonda isə Avropa Gənclər Mərkəzinin direktoru ilə görüşüb gənclik siyasəti və gənclər mərkəzi barədə geniş müzakirələr aparıblar. Gənclərimiz, eyni zamanda, Marina Filaretova, Tina Mulcahy, Antje Rothemund kimi bir neçə peşəkar təlimçilərin seminarlarında və Avropa İnsan Hüquqları Məhkəməsinə, eyni zamanda Avropa Parlamentinə səfərlərdə iştirak ediblər.

#NAYORA #AzGF #Strasbourg #YouthPolicy