Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Könüllülük Həftəsi” keçirilir

12 Fevral 2019

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Könüllülük Həftəsi” keçirilir

1-9 dekabr tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə baş tutacaq “Könüllülük Həftəsi” bütün könüllü təşkilatları və hərəkatlarını, həmçinin Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edəcək.
5 dekabr tarixində Beynəlxalq Könüllülər Günü münasibəti ilə keçiriləcək və bütün könüllü təşkilatlarının təmsil olunacağı Azərbaycan Könüllülərinin Həmrəylik Forumunda minlərlə gənc iştirak edəcək.
Həftə ərzində “Şəhidimiz”, “Könüllülük sərhəd tanımır!” devizləri altında baş tutacaq kampaniyalar çərçivəsində şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olan şəxslər ziyarət olunacaqlar. Ağac əkilməsi, ətraf mühitin sağlamlaşdırılması, dəniz və çay sahillərinin, tarixi və turizm məkanlarının tullantılardan təmizlənməsi məqsədilə “Təbiətimiz” sosial aksiyaları təşkil ediləcək. Gənclərin vətənə, milli-mənəvi dəyərlərimizə və tariximizə bağlılıqlarını nümayiş etdirəcək “Vətənimiz” kampaniyası keçiriləcək.
6-9 dekabr tarixində Qusar rayonunda 300 könüllü üçün təşkil ediləcək xüsusi qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanları üçün şərait təmin ediləcək.
“#könlümAzərbaycan”, “#ŞəhidimİZ”, “#VətənimİZ”, “#TəbiətimİZ” həştəqlərini izləyin, qoşulun, paylaşın, həmrəy olun!

 “#könlümAzərbaycan”, “#ŞəhidimİZ”, “#VətənimİZ”, “#TəbiətimİZ” #AzGF