Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 2020-ci il üçün ikinci iclası onlayn formatda keçirilmişdir.

7 May 2020

Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 2020-ci il üçün ikinci iclası onlayn formatda keçirilmişdir.

7 may 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 2020-ci il üçün ikinci iclası onlayn formatda keçirilmişdir. İclasda Fondun Müşahidə Şurasının gündəliyində duran məsələlər müzakirə edilmiş, xüsusi karantin dövrünü gənclər üçün faydalı və əyləncəli etmək məqsədilə elan edilmiş müsabiqə çərçivəsində gənclər “#evdəqal” çağırışına uyğun olaraq, sosial şəbəkələrdə virtual çağırış və təşviqetmə aksiyaları, sosial şəbəkə və paylaşım platformalarında əyləncəli kontentlərin yaradılması, faydalı və maarifləndirici video çarxların hazırlanması və digər onlayn icrası mümkün təşəbbüslərini təqdim etmək imkanı əldə etmişlər. Təqdim edilən layihələr Müşahidə Şurası tərəfindən nəzərdən keçirilərək, seçim meyarlarına cavab verən layihələr müəyyən edilmiş, onların onlayn şəraitdə icra imkanı, icra planı, büdcəsi və icra müddətinin müəyyən edilməsi məqsədilə layihə müəllifləri ilə əlaqə saxlanılması Fonda tapşırılmışdır. 

Görüşdə ARGTMŞ-nın sədri Məryəm Məcidova, Gələcəyə Körpü İctimai Birliyinin sədri Seymur Vəliyev, "Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli də iştirak etmişdir.