Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) iclası keçirilmişdir

24 Sentyabr 2019

Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) iclası keçirilmişdir

24 sentyabr tarixində ARGTMŞ-nın Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) növbəti iclası baş tutub. İclasda NAYORA-nın sədri Məryəm Məcidova, Üzv Təşkilatlarla iş üzrə katibi Reyhan Orucova və komissiyanın üzvləri iştirak edib. Görüşdə ilk öncə bu il keçirilən fəaliyyətlərin hesabatı verilib. Daha sonra iclasın davamı olaraq Məryəm Məcidovanın fəaliyyət dövründə keçirilən layihələrlə bağlı ətraflı məlumat verilib. ARGTMŞ sədrinin çıxışından sonra cari il üzrə keçirilən layihələrin maliyyə məsələlərinə baxılıb və MNTK üzvləri tərəfindən müsbət qiymətləndirilib.

#NAYORA