Azərbaycan Skautlar Assosiasiyası" İctimai Birliyinin sədri Emin Babayevin təqdimatında “Gənclər təşkilatlarının fəaliyyətində beynəlxalq təmsilçilik kodeksləri” mövzusunda onlayn vebinar baş tutmuşdur.

8 Aprel 2020

Azərbaycan Skautlar Assosiasiyası" İctimai Birliyinin sədri Emin Babayevin təqdimatında “Gənclər təşkilatlarının fəaliyyətində beynəlxalq təmsilçilik kodeksləri” mövzusunda onlayn vebinar baş tutmuşdur.

6 aprel 2020-ci il tarixində "Azərbaycan Skautlar Assosiasiyası" İctimai Birliyinin sədri Emin Babayevin təqdimatında “Gənclər təşkilatlarının fəaliyyətində beynəlxalq təmsilçilik kodeksləri” mövzusunda onlayn vebinar baş tutmuşdur. Vebinarın məqsədi iştirakçılara gənclər təşkilatlarının fəaliyyətində beynəlxalq təmsilçilik kodeksləri barəsində maarifləndirici məlumatlar vermək olmuşdur.
Onlayn vebinarda aşağıdakı mövzulara toxunulmuşdur:
- Beynəlxalq tədbirlərin formatı və məqsədləri;
- Beynəlxalq tədbirlərdə iştirak qaydaları;
- Lobbiçilik;
- Könüllülük proqramları;
- İnstusional tədbirlər və s.
Onlayn vebinarda gənclər təşkilatlarının nümayəndələri və könüllüləri, ARGTMŞ-nın katibliyi və könüllüləri, o cümlədən, fərdi gənclər də iştirak etmişdir. Vebinarın sonunda Emin Babayev iştirakçılar tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

Vebinarın izləmək üçün link:

https://youtu.be/y7Lsl2OhDRE

#evdəmən #evdəqal #NAYORA  #webinar