Azərbaycan və Rusiya nümayəndələri arasında görüş keçirilmişdir

1 Aprel 2019

Azərbaycan və Rusiya nümayəndələri arasında görüş keçirilmişdir

1-2 aprel 2019-cu il tarixində Rusiyanın 🇷🇺 Sankt-Peterburq şəhərində Azərbaycan və Rusiya nümayəndələri arasında görüş keçirilmişdir.
Tədbirdə Rusiyanın Elm və Ali Təhsil Nazirliyinin nümayəndəsi, Rusiyanın Gənclər və Uşaq Təşkilatları Milli Şurasının sədri Petushkov Grigory, Sankt-Peterburq Gənclər Siyasəti və Qeyri-Hökumət Təşkilatları Komitəsinin sədr müavini Məmişov Nizami, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova, Azərbaycanın Gənclər və İdman Nazirliyinin əməkdaşı Rüstəm Abdullayev və digər nümayəndələr iştirak etmişlər.
Tədbir çərçivəsində Azərbaycan və Rusiya gəncləri arasında əməkdaşlıq məsələləri, təklif olunan layihələr, 2019-cu ilin sentyabrında Sankt-Peterburqda keçiriləcək VII Rusiya-Azərbaycan Gənclər Forumu barədə geniş müzakirələr aparılmışdır. Tədbirin yekununda Azərbaycanlı qonaqlar Azərbaycan gənclər birliyinin fəal gəncləri ilə görüşmüş və iki ölkə gəncləri arasında əməkdaşlığın perspektivləri barədə danışıqlar həyata keçirilmişdir.


#NAYORA #AzeYouthPolicy