Azərbaycanda BMT75 təşəbbüsünə rəsmi start verilir

28 Fevral 2020

Azərbaycanda BMT75 təşəbbüsünə rəsmi start verilir

28 Fevral 2020-ci il tarixində BMT-nin Bakıdakı nümayəndəliyi ADA Universiteti ilə birlikdə dünyanın gələcəyinə dair ən böyük qlobal müzakirə olan BMT75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbir təşkil edib. Tədbirdə 80-ə yaxın dövlət rəsmisi, diplomat, vətəndaş cəmiyyəti və gənclər təşkilatlarının nümayəndəsi, eləcə də akademik dairələr və kütləvi informasiya vasitələrinin təmsilçisi iştirak edib.

Panel müzakirələri zamanı iştirakçılar BMT75 təşəbbüsünün il ərzində müzakirə edəcəyi üç əsas sual ətrafında fikir mübadiləsi aparıb: “Hansı gələcəyi qurmaq istəyirik?”; Biz düzgün yoldayıqmı?”; və “Boşluğu aradan qaldırmaq üçün hansı addımları atmalıyıq?”.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova panel müzakirələri çərçivəsində “Gələcək nəsillər üçün dünyanı daha yaxşı və güvənli məkan etməkdə hökümətlərin və vətəndaş cəmiyyətinin rolu” mövzusunda  spiker olaraq çıxış edib.  

Məryəm Məcidova: “Bütün sahələrdə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində gənclərin rolu böyükdür".