Azərbaycanda İnsan Hüquqlarının tədrisi üzrə uzunmüddətli milli təlim kurslarının keçirilməsi standartları mövzusunda məşvərət görüşü keçirilmişdir

11 Sentyabr 2019

Azərbaycanda İnsan Hüquqlarının tədrisi üzrə uzunmüddətli milli təlim kurslarının keçirilməsi standartları mövzusunda məşvərət görüşü keçirilmişdir

Tədbirin məqsədi: Avropa Şurasının Azərbaycan üzrə 2018-2021-ci illər fəaliyyət planı Avropa Şurasının üzv dövləti kimi ölkənin qanunvericilik praktikasında və institutlarında insan hüquqları, qanunun aliliyi və demokratiyanın təmininə töhfə vermək

Tədbirin formatı və keçirilmə yeri: Görüş, Fransanın Strazburq şəhəri

Təşkilatçı(lar):  Avropa Şurasının gənclərlə iş üzrə departamenti

İştirakçılar: ARGTMŞ-nın sədri

11-13 Sentyabr 2019-cu il tarixində Fransanın 🇫🇷 Strazburq şəhərində Avropa Şurasının Gənclərlə iş üzrə departamentinin təşkilatçılığı ilə Avropa Şurasının Azərbaycan üzrə 2018-2021 fəaliyyət planı çərçivəsində Azərbaycanda İnsan Hüquqlarının tədrisi üzrə uzunmüddətli milli təlim kurslarının keçirilməsi standartları mövzusunda məşvərət görüşü keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Məryəm Məcidova iştirak etmişdir.
Qeyd üçün bildirək ki, Avropa Şurasının Azərbaycan üzrə 2018-2021-ci illər fəaliyyət planı Avropa Şurasının üzv dövləti kimi ölkənin qanunvericilik praktikasında və institutlarında insan hüquqları, qanunun aliliyi və demokratiyanın təmininə töhfə vermək və ölkədə aparılan sosial inkişafı dəstəkləmək məqsədilə həyata keçirilən strateji bir proqramlaşdırma vasitəsidir.

#NAYORA #AzeYouthPolicy #YouthStrategy