Beynəlxalq Gənclər Gününə həsr olunmuş Beynəlxalq Onlayn Konfrans keçirildi.

11 Avqust 2020

Beynəlxalq Gənclər Gününə həsr olunmuş Beynəlxalq Onlayn Konfrans keçirildi.

AZE: 11 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş Beynəlxalq Onlayn Konfrans keçirildi.

Konfransda Azərbaycan nümayəndələri xüsusilə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi fonunda Azərbaycan həqiqətlərini Avropa gənclərinin diqqətinə çatdırdılar.

“Nifrət nitqi və cinayətkarlığa qarşı mübarizədə gənclərin rolu”na toxunan natiqlər, o cümlədən Azərbaycan Respublikası Parlamentinin üzvü, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı Direktoru Fərid Cəfərov, Avropa Şurasının Bakı Ofisi Rəhbərinin müavini Kyrylo Boicheniuk, Avropa Şurasında Gənclərin Məşvərət Şurasının Vitse-prezidenti Mihai Dragos və Avropa Şurasının Təlimçilər Bazasının üzvü Pərvanə Məmmədova mövzu ilə bağlı öz fikirlərini bölüşdülər.

Bundan başqa Avropa Şurası ilə Azərbaycan arasında gənclər sahəsində əməkdaşlığa dair məsələlər müzakirə edildi və Azərbayan gənclərinin dünyada sülh, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun möhkəmlənməsində beynəlxalq təşəbbüsləri barədə məlumatlar verilmişdir.
Qeyd etmək istərdik ki, baş tutmuş onlayn konfransda 300-ə yaxın Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən gənclər təşkilatlarının nümayəndələri ilə yanaşı, Avropanın bir sıra ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri iştirak etmiş və mövzu ilə əlaqəli fikirlərini səsləndirmişlər.

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ENG: On August 11, 2020, International Online Conference, dedicated to the International Youth Day jointly organized by the Ministry of Youth and Sports of the Republic of Azerbaijan, the Youth Foundation of the Republic of Azerbaijan and the National Assembly of Youth Organizations of the Republic of Azerbaijan was held.

The Azerbaijani representatives also brought the realities of Azerbaijan to the attention of European youth, especially under the framework of the Azerbaijani-Armenian, Nagorno-Karabakh conflict.

Speakers, touched upon "Hate speech and the role of youth in the fight against crime", including Member of Parliament, Head of the Azerbaijani Delegation to the Parliamentary Assembly of the Council of Europe Mr Samad Seyidov, Deputy Minister of Youth and Sports Mr Farhad Hajiyev, Executive Director of the Youth Foundation Mr Farid Jafarov, Mr Kyrylo Boicheniuk, Deputy Head of Baku Office, Council of Europe, Mr Mihai Dragoș, vice-chair, Advisory Council on Youth, Council of Europe, Ms Parvana Mammadova, member of the Pool of Trainers, Council of Europe shared their views on the topic.

In addition, the issues of youth cooperation between the Council of Europe and Azerbaijan were discussed, and information was provided on the international initiatives of Azerbaijani youth in strengthening peace, mutual understanding and intercultural dialogue in the world.
We would like to note that in addition to representatives of youth organizations representing about 300 different cities and regions of Azerbaijan, the online conference was also attended by representatives of youth organizations operating in a number of European countries and they voiced their views on the topic.


#31DaysofYouth #IYD2020 #Youth4GlobalAction #MYSAz #AzGF #NAYORA