Beynəlxalq Könüllülər Günü

12 May 2019

Beynəlxalq Könüllülər Günü

Bu gün 5 dekabr – Beynəlxalq Könüllülər Günüdür.

Könüllülük – öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyəti həyata keçirən şəxsdir.

Könüllülüyün məqsədi isə tapşırıqları yerinə yetirmək, fərdlərə və ya ictimai təşkilatlara maliyyə dəstəyi olmadan, fədakarcasına, insanların rifahını inkişaf etdirmək və yaxşılaşdırmaqdan ibarətdir.

Bu öz maraqları, şəxsi bacarıqları və öyrənmə vasitəsilə cəmiyyətə xidmət göstərilməsidir ki, qarşılığında pul əvəzinə özünə dəyər və hörmət hissi qazanılır.

Könüllülük həm də bacarıqların inkişafı, sosiallaşma və əyləncə növüdür. Bu, həmçinin mümkün məşğulluq və digər başqa səbəblərə görə nəzərdə tutulan əlaqə vasitəsidir.

Bu gün ölkəmizdə hər il yüksək səviyyədə qeyd edilir. Könüllülərin səyi nəticəsində hər gün minlərlə insan maarifləndirilir, onların pis vərdişlərdən uzaqlaşması naminə müxtəlif layihələr həyata keçirilir.

Beynəlxalq Könüllülər Günü münasibəti ilə bütün könüllülərimizi təbrik edirik.

#NAYORA #IVD2019 #VolunteeringDay