Biləsuvar Məşvərət Şurası tərəfindən təşkil olunmuş “Uğurlu karyera qurmağın yolları” mövzusunda onlayn təlim baş tutdu

5 Mart 2021

Biləsuvar Məşvərət Şurası tərəfindən təşkil olunmuş “Uğurlu karyera qurmağın yolları” mövzusunda onlayn təlim baş tutdu

“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması" layihəsi çərçivəsində yaradılmış Biləsuvar Məşvərət Şurası tərəfindən təşkil olunmuş “Uğurlu karyera qurmağın yolları” mövzusunda onlayn təlim baş tutdu.Təlimdə Toğrul Ələkbər mövzu ilə bağlı Biləsuvar gəncləri ilə məlumat mübadiləsi apardı və sonda iştirakçıları maraqlandıran suallar spiker tərəfindən ətraflı şəkildə cavablandırıldı.

Məlumat üçün qeyd etmək istərdik ki, “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi Avropa İttifaqının maliyyə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və UNICEF-in Azərbaycan Nümayəndəliyinin texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilir.