BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan təmsilçisi Rəşad Hüseynovun təqdimatında "Gənclər təşkilatlarının üzvlərinin ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi" haqqında onlayn vebinar baş tutmuşdur.

13 May 2020

BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan təmsilçisi Rəşad Hüseynovun təqdimatında "Gənclər təşkilatlarının üzvlərinin ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi" haqqında onlayn vebinar baş tutmuşdur.

12 may 2020-ci il tarixində BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan təmsilçisi Rəşad Hüseynovun təqdimatında "Gənclər təşkilatlarının üzvlərinin ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi" haqqında onlayn vebinar baş tutmuşdur. Vebinarın keçirilməsinin əsas məqsədi gənclər təşkilatlarının nümayəndələrinin daha peşəkar idarəçilik bacarıqlarına yiyələnməsi üçün ünsiyyətin effektivliyinin artırılması ilə bağlı faydalı bilgilər vermək olmuşdur. Vebinarda aşağıdakı mövzulara toxunulmuşdur.
- Ünsiyyətin gənclər təşkilatlarının idarəçiliyində rolu;
- Xüsusilə COVID-19 zamanı insanların sosial şəbəkələr üzərindən ünsiyyəti;
- Sosial şəbəkələrdə dezinformasiyaların yaranması və insanların buna reaksiyası və s.
Onlayn vebinarda gənclər təşkilatlarının rəhbər və nümayəndələri, ARGTMŞ-nın katibliyi və könüllüləri iştirak etmişdir. Vebinar ərzində Rəşad Hüseynov təşkilat nümayəndələri tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

Vebinarı izləmək üçün link: https://bit.ly/2Ln2kzf 

#NAYORA #OnlineYouthWork #EvdəQal #webinar