Çexiyanın Ostrava şəhərində “Həssas qrupdan olan gənclərin inklüzivliyi və inteqrasiyası naminə gənclər sektorunda fəaliyyət göstərən şəxslərin potensialının artırılması” layihəsinin son günü uğurla başa çatıb
16 Fevral 2020

13 fevral tarixində Çexiyanın Ostrava şəhərində “Həssas qrupdan olan gənclərin inklüzivliyi və inteqrasiyası naminə gənclər sektorunda fəaliyyət göstərən şəxslərin potensialının artırılması” layihəsinin son günü uğurla başa çatıb
Məlumat sessiyası zamanı iştirakçılar həssas qrupdan olan insanların işləri və ideyaları əsasında fəaliyyət göstərən “Spirala Ostrava” mərkəzi ilə yanaşı fiziki məhdudiyyətli şəxslər tərəfindən yaradılmış “Edukana” və “Mlecny Bar Naproti” restoranlarına da səfər ediblər.
Azərbaycanlı nümayəndə Kamran Əzizli bildirmişdir ki, "Sosial bərabərliyə nail olmaq üçün cəmiyyətdə xüsusi diqqətə ehtiyacı olan qrupların maraqları nəzərə alınmalıdır. Bu istiqamətdə xarici təcrübənin öyrənilməsi gənclərin fəaliyyət istiqamətlərini daha da genişləndirir".
#VisegradFund #YouthWork #Socialinclusion #Youthpower #Youthparticipation