Gələcəyə Körpü Gənclər İctimai Birliyinin 21 yaşı tamam oldu.
1 Aprel 2021

Bu gün NAYORA-ya üzv təşkilat “Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin təsis olunduğu gündür.
NAYORA komandası olaraq təşkilatın hər bir üzvünü təbrik edirik.
"Gələcəyə Körpü" Gənclər İctimai Birliyi 2000-ci ilin aprel ayında bir qrup təşəbbüskar gənc tərəfindən yaradılmış qeyri-hökumət təşkilatıdır. Birlik – gənclərin mübadilə və anlaşma, təhsil üçün insan hüquqları beynəlxalq şəbəkələrinin tam hüquqlu üzvüdür və onların İdarə Heyətində öz üzvləri ilə təmsil olunur.