Gənc liderlərin 14-cü İqtisadi Forumu baş tutmuşdur

2 Sentyabr 2019

Gənc liderlərin 14-cü İqtisadi Forumu baş tutmuşdur

Tədbirin məqsədi: Gənc liderlərin bilik və bacarıqlarını və onlar arasında qarşılıqlı əməkdaşlıq imkanlarını artırmaq

Tədbirin formatı və keçirilmə yeri: Forum, Polşanın Krynica-Zdrojda şəhəri

Təşkilatçı(lar):  Nowy Staw Fondu, Təhsil Sisteminin İnkişafı üzrə Fond, Erasmus+, Avropa Həmrəylik Korpusu

İştirakçılar: 1 nəfər ARGTMŞ könüllüsü


2-6 Sentyabr 2019-cu il tarixində Polşada 🇵🇱, Nowy Saczda Nowy Staw Fondu, Təhsil Sitminin İnkişafı üzrə Fond, Erasmus+, Avropa Həmrəylik Korpusu, Polşa Respublikasının təşkilatçılığı ilə Avropada gənc liderlərin ən böyük beynəlxalq sosial və iqtisadi tədbiri olan “Gənc Liderlərin 14-cü İqtisadi Forumu” baş tutmuşdur. 35 ölkədən olan gənc liderlər Avropanın gələcəyi ilə bağlı debat aparmaq üçün devizi “Gələcək liderlər üçün gələcək bacarıqlar” olan forumda iştirak etmişdir. Müxtəlif nazirlərin də iştirak etdiyi forum çərçivəsində gənc liderlər arasında müzakirələr aparılmış, təlimlər təşkil olunmuşdur. Forumda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında (NAYORA) könüllü fəaliyyət göstərən Nigar Eyvazzadə iştirak edərək, fəal şəkildə aparılan müzakirələrə qoşulmuş və forumun işinə öz tövhəsini vermişdir. Forum Krynica-Zdrojda keçirilən XXIX İqtisadi Forum çərçivəsində reallaşdırıldığından iştirakçılar yüksək səviyyəli dövlət rəsmilərinin də iştirak etdiyi bu forumda iştirak etmək şansı əldə etmişdir. Nigar Eyvazzadə 4 Sentyabr 2019-cu ildə Krynica-Zdrojda keçirilən XXIX İqtisadi Forum çərçivəsində təşkil olunan “Avropanın gələcəyi- Gəncliyin təhsilinin artırılması və Sahibkarlıq mühiti” adlı Polşa, İspaniya, Portuqaliya kimi ölkələrin təmsilçilərinin də iştirak etdiyi paneldə panelist olaraq çıxış etmiş və mövzu üzrə öz bilik və təcrübələrini bölüşmüşdür.

#NAYORA #AzeYouthPolicy #YouthStrategy