Gəncə şəhəri və Şəmkir rayonunda “Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə” təlimləri keçirilmişdir

1 İyun 2019

Gəncə şəhəri və Şəmkir rayonunda “Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə” təlimləri keçirilmişdir

Tədbirin məqsədi:“Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə” konfransının davamlılığının təmin edilməsi

Tədbirin formatı və keçirilmə yeri:Təlim, Gəncə Gənclər Evi və Şəmkir rayonu Gənclərin İnkişaf və Karyera Mərkəzi

Təşkilatçı(lar):ARGTMŞ

İştirakçılar: 25 gənc

18 May 2019-cu il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə ADA Universitetində 100-dən çox gəncin iştirakı ilə həyata keçirilmiş "Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə" konfransının davamlılığının təmin edilməsi məqsədi ilə 1 İyun tarixində Gəncə Gənclər Evi və Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzində ikinci təlim görüşləri baş tutub.

Təlimlər "International Youth Society" təşkilatının ölkə üzrə direktoru Məhbubə Musayeva və ADA Universitetinin əcnəbi tələbələrlə iş üzrə mütəxəssisi Milana İbrahimova tərəfindən Gəncə Gənclər Evi və Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzində müxtəlif gənclər təşkilatlarının üzvü olan və aktiv fəaliyyət göstərən 25 gəncin iştirakı ilə keçirilmişdir.

Təlimlərdə Məhbubə Musayeva və Milana İbrahimova NAYORA tərəfindən 9000-dən çox gənc arasında keçirilmiş DİM üzrə sorğunun nəticələrini elan etmiş, daha sonra isə iştirakçılar qruplarda iş şəklində Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyət planlamas aparıblar.
Qeyd edək ki, növbəti təlim görüşü 2 İyun - Balakən Gənclər Evində keçiriləcək.


#NAYORA #AzGF #DİM #HeçKəsKənardaQalmasın