Gənclər təşkilatları arasında Futbol Yarışı keçirilmişdir
12 Oktyabr 2019

Tədbirin məqsədi:Gənclər təşkilatlarında gənc ruhun möhkəmlənməsi, idman fəaliyyəti vasitəsilə onlar arasında dostluq əlaqələrinin gücləndirilməsi
Tədbirin formatı və keçirilmə yeri: Futbol Yarışı, Binəqədi Gənclər Evi
Təşkilatçı(lar): Azərbaycan Gənclər Fondu, “SABAH” Futbol Klubu, Binəqədi Gənclər Evi vəARGTMŞ
İştirakçılar: Gənclər təşkilatlarının rəhbər və nümayəndələri
Əziz gənclər!
12 oktyabr tarixində Azərbaycan Gənclər Fondunun dəstəyi və "SABAH" Futbol Klubunun tərəfdaşlığı, Binəqədi Gənclər Evi və NAYORA-nın təşkilatçılığı ilə “Gənclər təşkilatları arasında Futbol Yarış” keçirilmişdir.⚽
Maraqlı və gərgin mübarizə şəraitində keçirilən futbol marafonunda əsas məqsəd gənclər təşkilatlarında gənc ruhun möhkəmlənməsi, idman fəaliyyəti vasitəsilə onlar arasında dostluq əlaqələrinin gücləndirilməsidir.
Yarış zamanı 8 komanda qarşı qarşıya gəldi və “Gənclər Təşkilatları Arasında Futbol Yarışı”: FİNAL MƏRHƏLƏSİndə aşağıda adları qeyd edilən komandalar ilk 3 yerin qalibləri seçildi:
1-ci yer: “İnternat Məzunlarının Sosial
İnteqrasiyası" Gənclər İctimai Birliyi
2-ci yer: AEGEE- Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyi- @aegeebaki
3-cü yer: Azərbaycan Gənclər Fondu @youthfundaz
Bütün təşkilatçılara və tərəfdaşlara təşəkkürümüzü bildiririk və gələcək fəaliyyətlərində uğurlar arzu edirik!
#NAYORA #AzGF #BinəqədiGE #SabahFC #AzeYouthPolicy #YouthStrategy