Gənclər təşkilatları arasında gender bərabərliyinin təbliği istiqamətində təlimlər təşkil olunmuşdur

6 İyul 2019

Gənclər təşkilatları arasında gender bərabərliyinin təbliği istiqamətində təlimlər təşkil olunmuşdur

Tədbirin məqsədi: Gənclər təşkilatları arasında gender bərabərliyinin təbliği

Tədbirin formatı və keçirilmə yeri: Təlim-vorkşop, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Bakı şəhəri

Təşkilatçı(lar): ARGTMŞ

İştirakçılar: Bakıda fəaliyyət göstərən gənclər təşkilatlarının və Gənclər Evlərinin, həmçinin ölkəmizin regionlarından müxtəlif gənclər təşkilatlarında, Gənclər Evlərində fəaliyyət göstərən aktiv və təşəbbüskar gənclər


6-7 İyul 2019-cu il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzində "Gənclər təşkilatları arasında gender bərabərliyinin təbliği istiqamətində təlimlərin təşkili” layihəsi keçirilmişdir.
Layihə, BMT tərəfindən qəbul olunmuş 2030 Gündəliyini və 5-ci Dayanıqlı İnkişaf Məqsədi olan gender bərabərliyini əsas tutaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilmişdir.
Təlimin məqsədi gənclər təşkilatlarının gender bərabərliyi mövzusunda məlumatlılığını artırmaq, bu sahədə aktiv fəaliyyətini təmin etmək və gənclər təşkilatlarının gələcək fəaliyyətlərində 5-ci Məqsədin hədəflərini təbliğ etməkdir.
2 gün davam edən tədbirin ilk günü açılış nitqini səsləndirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova layihənin ümumi həştəqi olan
#bərabərimkanlar prinsipini rəhbər tutaraq, Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsində irəliləyişə nail olunmasına baxmayaraq, dünyanın hər yerində qız və qadınların hələ də ayrı-seçkilik və zorakılıq hallarına rast gəldiyi üçün bu gün gender bərabərliyinin vurğulanmasının zəruri hal olmasını qeyd etmişdir.
#bərabərimkanlar #QHTŞurası #NAYORA