Gənclər təşkilatlarının IV Milli Konqresi başa çatdı.

4 May 2020

Gənclər təşkilatlarının IV Milli Konqresi başa çatdı.

Gənclər təşkilatlarının IV Milli Konqresi başa çatdı.

1-2 may 2020-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən onlayn formatda iki gün davam edən Gənclər Təşkilatlarının IV Milli Konqresi başa çatıb.

Konqresin keçirilməsində əsas məqsəd gənclər təşkilatlarını COVİD-19 virusuna qarşı mübarizədə bir araya gətirərək onları birləşdirmək, idarəetmənin və onlayn fəaliyyətin effektiv mexanizmlərinin yaradılması haqqında müzakirələr aparmaq, gənclər siyasəti həyata keçirilməsində gənclər təşkilatının potensialının gücləndirmək, prioritet istiqamət və vəzifələr haqqında qərarlar qəbul etmək olmuşdur.

1 may 2020-ci il tarixində Konqresin ilk günündə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini cənab İntiqam Babayev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru cənab Fərid Cəfərov, BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri və Rezident əlaqələndiricisi cənab Qulam M. İsakzai, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Gənclər siyasəti və İdman məsələləri şöbəsinin Gənclərlə işin təşkili sektorunun müdiri cənab Həmid Nəsibov, ARGTMŞ-nın sədri xanım Məryəm Məcidova, o cümlədən dövlət rəsmiləri, beynəlxalq təşkilatların və biznes qurumların nümayəndələri, gənclər təşkilatlarının rəhbər və nümayəndələri iştirak etmişdir.

2 may 2020-ci il tarixində konqresin ikinci gününün ilk hissəsində Millət vəkili cənab Şahin Seyidzadə, Millət vəkili cənab Müşviq Cəfərov Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri xanım İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktorunun müavini cənab Qədir Xəlilov, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin Baş direktoru cənab Elməddin Mehdiyev, ikinci hissəsində Millət vəkili cənab Müşviq Cəfərov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə iş sektorunun müdiri cənab Fuad Babayev, Azərbaycan Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri cənab Seymur Hüseynov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri cənab Seymur Orucov, Dünya Skautlar Komitə üzvü cənab İlyas İsmayıllı, Youth Express Beynəlxalq təşkilatının sədri cənab Ramiz Əliyev və ARGTMŞ-nın sədri xanım Məryəm Məcidova çıxış etdilər.

Konqresin ikinci günü  “Pandemiyanın yaratdığı yeni çağırışlar və yeni imkanlar”, “Gənclər təşkilatlarının keyfiyyət əmsalı” mövzuları ətrafında rəqəmsal öyrətmə və öyrənmənin üstünlükləri, gənclər təşkilatlarının fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və onlayn fəaliyyətinin strukturlaşdırılması, gənclər təşkilatlarının fəaliyyətinin onlayn platformalara inteqrasiyası, gənclər təşkilatlarının fəaliyyətinin qiymətləndirilmə mexanizmləri, gənclər təşkilatları tərəfindən gənclər üçün göstərilən xidmətlər, təlimçilərlə işin təşkili mövzuları ətrafında panel müzakirələr aparıldı.

İki gün davam edən konqres müddətində gənclər təşkilatları nümayəndələrinin sualları cavablandırıldı, təklifləri qeydə alındı.

Xatırladaq ki, konqresin keçirilmə təşəbbüsü ilk dəfə 2012-ci ilin noyabr ayında Gənclər Təşkilatlarının IV Respublika Sərgisi zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərgini ziyarəti zamanı səsləndirilib. Gənclər Təşkilatlarının Milli Konqresi ilk dəfə 2013-cü ildə, daha sonra 2015 və 2017-ci illərdə gənclər təşkilatlarının, eləcə də, beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə təşkil edilib.