Gənclər təşkilatlarının IV Milli Konqresinin ikinci günü başa çatdı.

2 May 2020

Gənclər təşkilatlarının IV Milli Konqresinin ikinci günü başa çatdı.

Gənclər təşkilatlarının IV Milli Konqresinin ikinci günü başa çatdı.

02 may 2020-ci il tarixində davam edən konqresin ikinci gününün ilk hissəsində  “Pandemiyanın yaratdığı yeni çağırışlar və yeni imkanlar” mövzusu ətrafında rəqəmsal öyrətmə və öyrənmənin üstünlükləri, gənclər təşkilatlarının fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və onlayn fəaliyyətinin strukturlaşdırılması, gənclər təşkilatlarının fəaliyyətinin onlayn platformalara inteqrasiyası  mövzuları ətrafında panel müzakirələr aparıldı.

Panel müzakirələrində Millət vəkili cənab Şahin Seyidzadə, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktorunun müdiri cənab Qədir Xəlilov, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin Baş direktoru cənab Elməddin Mehdiyev  çıxış etdilər.

Konqresin ikinci gününün ikinci hissəsində“Gənclər təşkilatlarının keyfiyyət əmsalı” mövzusu ətrafında gənclər təşkilatlarının fəaliyyətinin qiymətləndirilmə mexanizmləri, gənclər təşkilatları tərəfindən gənclər üçün göstərilən xidmətlər, təlimçilərlə işin təşkili mövzuları ətrafında panel müzakirələr aparıldı.

İkinci hissənin panel müzakirələrində hissəsində Millət vəkili cənab Müşviq Cəfərov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Azərbaycan Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri cənab Seymur Hüseynov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri cənab Seymur Orucov, Dünya Skautlar Komitə üzvü cənab İlyas İsmayıllı, Youth Express Beynəlxalq təşkilatının sədri cənab Ramiz Əliyev və ARGTMŞ-nın sədri  Məryəm Məcidova çıxış etdilər.

Sonda gənclər təşkilatlarının nümayəndələrinin sualları cavablandırıldı və onların təklifləri qeydə alındı.

Xatırladaq ki, konqresin keçirilmə təşəbbüsü ilk dəfə 2012-ci ilin noyabr ayında Gənclər Təşkilatlarının IV Respublika Sərgisi zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərgini ziyarəti zamanı səsləndirilib. Gənclər Təşkilatlarının Milli Konqresi ilk dəfə 2013-cü ildə, daha sonra 2015 və 2017-ci illərdə gənclər təşkilatlarının, eləcə də, beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə təşkil edilib.