Gənclər təşkilatlarının nümayəndələri ilə 14-cü qrant müsabiqəsi ilə bağlı görüş baş tutdu

5 Fevral 2020

Gənclər təşkilatlarının nümayəndələri ilə 14-cü qrant müsabiqəsi ilə bağlı görüş baş tutdu

4 Fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Gənclər təşkilatlarının nümayəndələri ilə görüş baş tutmuşdur. Görüşün məqsədi Dövlət Gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatlarının layihə təkliflərini qrant müsabiqəsi çərçivəsində maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və Azərbaycan Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş üzrə şöbəsinin məsul əməkdaşı Rahim Rahimov 14-cü qrant müsabiqəsində olacaq prioritet mövzular, layihə təkliflərini qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilməsi haqqında məlumatları iştirakçıların nəzərinə çatdırmışdır. 

 

Sonda Gənclər Fonduna layihələrin təqdim olunması üçün təşkilat nümayəndələrinin fikirləri dinlənilmiş və müzakirələr aparılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli 451 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatları üçün yerli və beynəlxalq layihə kateqoriyaları üzrə hər il müraciətləri qəbul edir.

#NAYORA