Gənclər təşkilatlarının rəhbərləri ilə gənclər arasında 3-cü panel iclası keçirilib

5 Oktyabr 2019

Gənclər təşkilatlarının rəhbərləri ilə gənclər arasında 3-cü panel iclası keçirilib

Tədbirin məqsədi: Gənclər təşkilatlarının rəhbərlərinin öz təcrübələrini gənclərlə bölüşməsi və müzakirələrin həyata keçirilməsi

Tədbirin formatı və keçirilmə yeri: Panel iclası, ATGTİ ofisi, Bakı şəhəri                               

Təşkilatçı(lar): ARGTMŞ və ATGTİ

İştirakçılar: 40-a yaxın gənc

5 oktyabr saat 🕚 11:00-da 📍 ATGTİ ofisində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv olan 4 gənclər təşkilatlarının rəhbərləri arasında sonuncu panel iclası baş tutmuşdur. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İctimaiyyətlə Əlaqələr üzrə katibi Günel Salayevanın moderatorluğu ilə keçirilən panel iclasında "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov, "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyinin sədri Aydın Əbilov, "Üfüq" Gənclərin İnkişafı Naminə İctimai Birliyinin sədri Nail Şükürov, "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev reqlamentə uyğun olaraq verilmiş 15 dəqiqəlik vaxt ərzində öz çxışlarını həyata keçiriblər. Görüşdə müxtəlif universitetlərin fəal tələbələri, gənclər təşkilatlarının nümayəndələri və bir sıra aktiv fəaliyyət göstərən gənclər iştirak etmişdir.
Panel iclasının yekununda, gənclər təşkilatlarının rəhbərləri ilə gənclər arasında müzakirələr formatında müasir dövrün mühüm mövzuları müzakirə olunmuşdur.

#NAYORA #Paneliclası #GənclərTəşkilatları