Gənclər təşkilatlarının rəhbərləri ilə gənclər arasında panel iclası baş tutmuşdur

21 Sentyabr 2019

Gənclər təşkilatlarının rəhbərləri ilə gənclər arasında panel iclası baş tutmuşdur

Tədbirin məqsədi: Gənclər təşkilatlarının rəhbərlərinin öz təcrübələrini gənclərlə bölüşməsi və müzakirələrin həyata keçirilməsi

Tədbirin formatı və keçirilmə yeri: Panel iclası, ATGTİ ofisi, Bakı şəhəri

Təşkilatçı(lar): ARGTMŞ və ATGTİ

İştirakçılar: 100-ə yaxın gənc

21 sentyabr saat 🕚 11:00-da 📍 ATGTİ ofisində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv olan 4 gənclər təşkilatlarının rəhbərləri arasında 1-ci panel iclası baş tutmuşdur. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İctimaiyyətlə Əlaqələr üzrə katibi Günel Salayevanın moderatorluğu ilə keçirilən panel iclasında "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, "Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov, “Kainat” Gənclik Mərkəzi İctimai Birliyinin sədri Rahib Rəsulzadə və “ Gənc Vətənpərvərlər Birliyi” İctimai Birliyinin sədri Müqamət Əliyev reqlamentə uyğun olaraq verilmiş 15 dəqiqəlik vaxt ərzində öz çxışlarını həyata keçiriblər. Görüşdə müxtəlif universitetlərin fəal tələbələri, gənclər təşkilatlarının nümayəndələri və bir sıra aktiv fəaliyyət göstərən gənclər iştirak etmişdir.
Panel iclasının yekununda, gənclər təşkilatlarının rəhbərləri ilə gənclər arasında müzakirələr formatında müasir dövrün mühüm mövzuları müzakirə olunmuşdur.
️ Qeyd edək ki, digər gənclər təşkilatlarının rəhbərlərinin iştirakı ilə 28 sentyabr və 5 oktyabr tarixlərində silsilə panel iclasları həyata keçiriləcək.

#NAYORA #Paneliclası #GənclərTəşkilatları