Gənclər təşkilatlarının rəhbərləri ilə gənclər arasında panel iclası keçirilmişdir

28 Sentyabr 2019

Gənclər təşkilatlarının rəhbərləri ilə gənclər arasında panel iclası keçirilmişdir

Tədbirin məqsədi: Gənclər təşkilatlarının rəhbərlərinin öz təcrübələrini gənclərlə bölüşməsi və müzakirələrin həyata keçirilməsi

Tədbirin formatı və keçirilmə yeri: Panel iclası, ATGTİ ofisi, Bakı şəhəri

Təşkilatçı(lar): ARGTMŞ

İştirakçılar: 100-ə yaxın gənc

28 sentyabr saat 🕚 10:00-da 📍 ATGTİ ofisində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv olan 5 gənclər təşkilatlarının rəhbərləri arasında 2-ci panel iclası baş tutmuşdur. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Yerli Layihələr üzrə katibi Azər Əliyevin moderatorluğu ilə keçirilən panel iclasında "Demokratik İslahatçı Gənclər" İctimai Birliyinin sədri Vüsalə Hüseynli, "Valideyn Himayəsindən Məhrum Olan Uşaq və Gənclərə Yardım" İctimai Birliyinin sədri Zaur Seyidzadə, "Bakı Gənclər Klubu" İctimai Birliyinin sədri Azər Cavadov, "Azərbaycan Maarifçi" Gənclər Təşkilatı İctimai Birliyinin sədri Ruhiyyə Aslanova, “Cavan" Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəyli reqlamentə uyğun olaraq verilmiş 15 dəqiqəlik vaxt ərzində öz çxışlarını həyata keçiriblər. Görüşdə müxtəlif universitetlərin fəal tələbələri, gənclər təşkilatlarının nümayəndələri və bir sıra aktiv fəaliyyət göstərən gənclər iştirak etmişdir.
Panel iclasının yekununda, gənclər təşkilatlarının rəhbərləri ilə gənclər arasında müzakirələr formatında müasir dövrün mühüm mövzuları müzakirə olunmuşdur.
Qeyd edək ki, digər gənclər təşkilatlarının rəhbərlərinin iştirakı ilə 5 oktyabr tarixində növbəti panel iclası həyata keçiriləcək.


#NAYORA #Paneliclası #GənclərTəşkilatları