Göygöl 2021-ci il üçün Azərbaycanın “Gənclər Paytaxtı” elan edildi

4 Fevral 2021

Göygöl 2021-ci il üçün Azərbaycanın “Gənclər Paytaxtı” elan edildi

Azərbaycan gəncləri günü münasibətilə keçirilən istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimində ölkənin 5 şəhəri – Göygöl, Xaçmaz, Mingəçevir, Sabirabad, Tovuz regionları arasında püşkatma keçirilib.

Püşkatmanın nəticəsinə əsasən ⭐Göygöl 2021-ci il üçün Azərbaycanın “Gənclər Paytaxtı” elan edilmişdir.

📌2012-ci ildən başlayaraq hər il paytaxt Bakı şəhəri istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri “Gənclər Paytaxtı” elan olunur.

Bugünə qədər 📍Gəncə, 📍Biləsuvar, 📍Quba, 📍İsmayıllı, 📍Şəmkir, 📍Balakən, 📍Naxçıvan, 📍Şamaxı, 📍Masallı şəhər və rayonları Azərbaycanın “Gənclər paytaxtı” seçilib.

Ümid edirik ki, gələcək fəaliyyətlərdə həm gənclər təşkilatları, həm də bu günün istedadlı və təşəbbüskar gənc nəsli olaraq bu füsunkar diyarda uğurlu addımlara imza atacağıq.

#NAYORA #göygöl