İctimai Maarifləndirmə Qrupları tezliklə fəaliyyətə başlayacaq

3 Fevral 2021

İctimai Maarifləndirmə Qrupları tezliklə fəaliyyətə başlayacaq

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə gənclər təşkilatlarından ibarət 🔹İctimai Maarifləndirmə Qrupları tezliklə fəaliyyətə başlayacaq.

Bu məqsədlə də paytaxt və regionlarda layihə çərçivəsində maarifləndirmə fəaliyyəti göstərəcək 30 gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə ilkin təlimatlandırma görüşü keçirildi. Onlayn görüşdə İctimai Maarifləndirmə Qruplarının fəaliyyət istiqamətləri və qarşıya qoyulan hədəflər müzakirə olundu, iştirakçıların fikir və təklifləri dinlənildi.

Gənclər təşkilatlarına yeni layihədə uğurlar arzu edirik!🤩