İctimai Nəzarət qruplarının növbəti maarifləndirmə tədbirləri Tovuzda həyata keçirilib
4 Noyabr 2020

İctimai Nəzarət qruplarının növbəti maarifləndirmə tədbirləri Tovuzda həyata keçirilib.
İctimai Nəzarət qrupları böyük həvəslə paytaxt və regionlarda fəaliyyətinə davam edir. Növbəti kadrlar isə
Tovuzdandır.
Tovuz rayon İcra Hakimiyyəti yanında Gənclərin Məşvərət Şurasıın üzvlərindən ibarət İctimai Nəzarət qrupları Tovuz gənclərinə bayraqlar təqdim edir
, düşmənin yaydığı qeyri-rəsmi məlumatlara inanmamağa, sosial şəbəkələrdə aktiv olmağa dair gənclərə çağırış edirlər.
Bununla yanaşı koronavirusdan qorunma üsulları haqqında da məlumatlandırıcı söhbətlər aparırlar.
Böyük fəxrlə deməliyik ki, bütün çətinliklərə baxmayaraq gənclərimiz arasında birlik və inam sarsılmaz və qırılmazdır