İran İslam Respublikasının Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) arasında görüş keçirilib

18 Aprel 2019

İran İslam Respublikasının Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) arasında görüş keçirilib

18 Aprel 2019-cu il tarixində ARGTMŞ Gənclər Evində saat 🕓 16:00-da İran İslam Respublikasının 🇮🇷 Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) arasında görüş keçirilmişdir. Görüşdə İran İR-nın Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdir müavini Muhammədreza Namdariyan rəhbərliyi ilə bir qrup əməkdaş və tələbələr, NAYORA-nın sədri Məryəm Məcidova və baş katibi Hüseyn Məmmədov iştirak etmişdir. Görüşün əsas məqsədi, hər iki ölkənin gəncləri arasında əməkdaşlıq əlaqələrinin yaradılması, inkişaf etdirilməsi və gücləndirilməsidir. Bununla yanaşı, ölkə qurumları arasında gənclərin gələcək fəaliyyətləri zamanı birgə layihələrin keçirilməsi və gənclərin mübadiləsi üçün münasib şəraitin yaradılması barədə geniş müzakirələr aparılmışdır.
Görüş zamanı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova ilk öncə NAYORA-nın tarixi barədə qısa məlumat verərək, qeyd etmişdir ki, 1995-ci ildən təsis olunmuş Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası hal-hazırda öz ətrafında 128 gənclər təşkilatını birləşdirən ölkə gəncləri və təşkilatların yeganə konfederativ sturukturu, vahid koordinasiya və əməkdaşlıq mərkəzi olmaqla onların beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur. Daha sonra Məryəm Məcidova, ölkəmizdə aparılan gənclər siyasətindən və gənclərə göstərilən xüsusi diqqət və qayğıdan bəhs edərək, hər iki ölkə nümayəndələri olaraq, gənclərə hər zaman dəstək olmağın əhəmiyyətini vurğulamışdır.
Görüşün sonunda bütün əməkdaşlarla birgə xatirə şəkli çəkilmişdir.

#NAYORA #AzeYouthPolicy