İstanbulda 3-cü Gənclər Festivalı keçirilib

12 İyul 2019

İstanbulda 3-cü Gənclər Festivalı keçirilib

02-05 dekabr tarixlərində Türkiyənin İstanbul şəhərində Türk Şurasının sayca 3-cü Gənclər Festivalı keçirilib. Festivalda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədr müavini Emin Babayev iştirak etmişdir. 6 ölkədə qeyd olunan festivalda(Türkiyə, Azərbaycan, Macarıstan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan) bir sıra gənclər təşkilatlarının rəhbərləri və incəsənət nümayəndələri iştirak etmişdir.

Azərbaycan Respublikasını “Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası”, “ASAN Könüllü”, “İrəli İctimai Birliyi”, “Gənclər İctimai Birliyi”, “Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi”, “Azərbaycan Skautlar Assosiyasiyası”-nın nümayəndələri təmsil etmişdir. Azərbaycanlı nümayəndələr Könüllülük, Milli Şura, Skautinq, Azərbaycan Gənclər siyasəti mövzularında təqdimatlar etdilər.

Tədbirdə iştirak edən hər bir ölkə öz milli mədəniyyətini səhnədə nümayiş etdirdi.

Məlumat üçün bildirmək istərdik ki, festival ərzində azərbaycanlı nümayəndələrimiz tərəfindən 3 yeni layihə hazırlandı və layihələrin təqdimatı həyata keçirildi.

#NAYORA #AzeYouthPolicy #YouthStrategy