Könüllülər ili çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədlərin nail olunmasında gənclərin rolu: Qlobal Gündəlik və Könüllü Gənclər” adlı forum onlayn formatda keçirilmişdir
29 Dekabr 2020

28 dekabr 2020-ci il tarixdə Könüllülər ili çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədlərin nail olunmasında gənclərin rolu: Qlobal Gündəlik və Könüllü Gənclər” adlı forum onlayn formatda keçirilmişdir.
Forumun məqsədi - Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində gənclərin rolunun gücləndirilməsi, DİM-lər haqqında ictimai maarifləndirilməsi və DİM-lərin nail olunmasında gənclərin könüllü fəaliyyətinin dəstəklənməsindən ibarət idi.
Forumda NAYORA-nın sədri Azər Əliyev də çıxış edərək gənclər təşkilatlarının dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsindəki rolundan bəhs etdi.