Könüllümüz Fərman Məmmədovun “Könüllülük mənim üçün nədir❓” təəssüratı

12 Avqust 2019

Könüllümüz Fərman Məmmədovun “Könüllülük mənim üçün nədir❓” təəssüratı

NAYORA Azərbaycan Respublikası Gənclər Fondunun başlatdığı “Azərbaycan Könüllülük Həftəsi”-nə “Könüllülük mənim üçün nədir❓” kampaniyası ilə qoşulur. 

1-9 dekabr tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Könüllülük Həftəsi” bütün könüllü təşkilatları və hərəkatlarını, həmçinin Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edir. Könüllümüz Fərman Məmmədov da NAYORA-dakı könüllük fəaliyyəti haqqında öz fikirlərini bizimlə bölüşmüşdür. Fərmanın fikirlərini sizə təqdim edirik:

Demək olar ki, artıq 8 aydır NAYORA könüllüsüyəm. Bu aylar ərzində müxtəlif  layihələrdə iştirak etdim, yeni insanlar tanıdım, təcrübələr qazandım.  NAYORA ailəsi mənə işimizi nə qədər sevərək görəriksə o qədər də uğurlu olacağımızı öyrətdi. Öyrətdiyiniz və verdiyiniz dəyərə görə hamınıza təşəkkür edirəm!

#könlümAzərbaycan #AzGF#NAYORA #IVD2019 #VolunteeringDay