Könüllümüz Könül Əlibəyovanın “Könüllülük mənim üçün nədir❓” təəssüratı

12 Oktyabr 2019

Könüllümüz Könül Əlibəyovanın “Könüllülük mənim üçün nədir❓” təəssüratı

NAYORA Azərbaycan Respublikası Gənclər Fondunun başlatdığı “Azərbaycan Könüllülük Həftəsi”-nə “Könüllülük mənim üçün nədir❓” kampaniyası ilə qoşulur. 

1-9 dekabr tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Könüllülük Həftəsi” bütün könüllü təşkilatları və hərəkatlarını, həmçinin Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edir. Könüllümüz Könül Əlibəyova da NAYORA-dakı könüllük fəaliyyəti haqqında öz fikirlərini bizimlə bölüşmüşdür. Könülün  fikirlərini sizə təqdim edirik:

Artıq 4 aydır ki, NAYORA-da könüllü kimi fəaliyyət göstərirəm. NAYORA-da könüllü olmaq mənə çox şey qazandırdı. Burada yeni dostlar əldə etdim, şəxsi bacarıqlarım inkişaf etdi, işlərimdə daha çox məsuliyyətli olmağı öyrəndim. Ümid edirəm ki, növbəti aylarda da özümdə irəliləyişlər görəcəm.

#könlümAzərbaycan #AzGF#NAYORA #IVD2019 #VolunteeringDay