Könüllümüz Nərgiz Şahsuvarovanın “Könüllülük mənim üçün nədir❓” təəssüratı

12 Sentyabr 2019

Könüllümüz Nərgiz Şahsuvarovanın “Könüllülük mənim üçün nədir❓” təəssüratı

NAYORA Azərbaycan Respublikası Gənclər Fondunun başlatdığı “Azərbaycan Könüllülük Həftəsi”-nə “Könüllülük mənim üçün nədir❓” kampaniyası ilə qoşulur. 

1-9 dekabr tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Könüllülük Həftəsi” bütün könüllü təşkilatları və hərəkatlarını, həmçinin Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edir. Könüllümüz Nərgiz Şahsuvarova da NAYORA-dakı könüllük fəaliyyəti haqqında öz fikirlərini bizimlə bölüşmüşdür. Nərgizin fikirlərini sizə təqdim edirik:

“Komfort zonanı tərk et və uğur qazan” – bu mənim həyatdakı şüarımdır deyə bilərəm. Fikrimcə, uğuru məqsəd halına gətirməli, bu yolda sənə lazım olan bilik və bacarıqları əldə etmək üçün çalışmalı , ilk addımı atmaqdan qorxmamalı , daim çalışmalısan. İnsanın  daim inkişafa can atması, özünü kəşf etməsi şərtdir, bu isə yalnız komfort zona xaricində mümkündür. Könüllük isə gəncə saysız hesabsız  bilik və bacarıqlar, fürsətlər qazandırır, digərlərinə kömək edə bilmək şansını, sosial problemlərin həllinə tövhə vermək şansını bəxş edir. NAYORA – da könüllük mənə beynəlxalq əlaqələr, layihə idarə olunması, gənclər sahəsində iş və digər saysız hesabsız biliklər qazandırdığına, özümü hər gün kəşf etməyə sövq etdiyinə, pozitiv və komandada ailə ruhunu hiss etdirdiklərinə  görə NAYORA ailəsinə dərin minnətdarlığımı bildirirəm!

#könlümAzərbaycan #AzGF#NAYORA #IVD2019 #VolunteeringDay