Könüllümüz Nigar Abdullazadənin “Könüllülük mənim üçün nədir❓” təəssüratı

12 Avqust 2019

Könüllümüz Nigar Abdullazadənin “Könüllülük mənim üçün nədir❓” təəssüratı

NAYORA Azərbaycan Respublikası Gənclər Fondunun başlatdığı “Azərbaycan Könüllülük Həftəsi”-nə “Könüllülük mənim üçün nədir❓” kampaniyası ilə qoşulur. 

1-9 dekabr tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Könüllülük Həftəsi” bütün könüllü təşkilatları və hərəkatlarını, həmçinin Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edir. Könüllümüz Nigar Abdullazadə də NAYORA-dakı könüllük fəaliyyəti haqqında öz fikirlərini bizimlə bölüşmüşdür. Nigarın fikirlərini sizə təqdim edirik:

Ötən 1 ildən çox müddət ərzində NAYORA-da könüllü fəaliyyətim mənə birlikdə hər gün necə inkişaf etməyi, bilik və bacarıqlarımızı paylaşaraq güclənməyi, zövq alaraq işləməyi öyrətdi. Əldə etdiklərim arasında ən üstünü isə "birgə inkişaf edərək başqalarını da bu inkişafa təşviq edən NAYORA ailəsi" anlayışı oldu. Mənə görə könüllülük eyni dəyərlərin paylaşılmasıdır, xüsusilə də sevginin (əməyinə, cəmiyyətinə və kollektivinə qarşı)

Daha yaxşı gələcəyə doğru yüksək ümidlərlə,
Sizin könüllünüz

#könlümAzərbaycan #AzGF#NAYORA #IVD2019 #VolunteeringDay