Könüllümüz Nihal Əliyevanın “Könüllülük mənim üçün nədir❓” təəssüratı

12 Aprel 2019

Könüllümüz Nihal Əliyevanın “Könüllülük mənim üçün nədir❓” təəssüratı

NAYORA Azərbaycan Respublikası Gənclər Fondunun başlatdığı “Azərbaycan Könüllülük Həftəsi”-nə “Könüllülük mənim üçün nədir❓” kampaniyası ilə qoşulur. 

1-9 dekabr tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Könüllülük Həftəsi” bütün könüllü təşkilatları və hərəkatlarını, həmçinin Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edir. Könüllümüz Nihal Əliyeva da NAYORA-dakı könüllük fəaliyyəti haqqında öz fikirlərini bizimlə bölüşmüşdür. Nihalın fikirlərini sizə təqdim edirik:

Nayora da könüllü olaraq fəaliyyət göstərmək məndə bir çox bacarıqlarımın inkişaf etməsinə və təcrübə qazanmağıma gətirib çıxardı. Burada bir aydan çoxdur ki, könüllü olaraq fəaliyyət göstərməyimə baxmayaraq ofis işlərinə, təşkilati işlərə daha yaxından yiyələnmişəm və ünsiyyət bacarıqlarım daha da inkişaf edib. Həmçinin komanda ruhunun necə olduğunu burada anladım.

 #könlümAzərbaycan #AzGF  #IVD2019 #VolunteeringDay