Könüllümüz Tural İmanzadənin “Könüllülük mənim üçün nədir❓” təəssüratı

12 May 2019

Könüllümüz Tural İmanzadənin  “Könüllülük mənim üçün nədir❓” təəssüratı

NAYORA Azərbaycan Respublikası Gənclər Fondunun başlatdığı “Azərbaycan Könüllülük Həftəsi”-nə “Könüllülük mənim üçün nədir❓” kampaniyası ilə qoşulur. 

1-9 dekabr tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Könüllülük Həftəsi” bütün könüllü təşkilatları və hərəkatlarını, həmçinin Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edir. Könüllümüz Tural İmanzadə də NAYORA-dakı könüllük fəaliyyəti haqqında öz fikirlərini bizimlə bölüşmüşdür. Turalın fikirlərini sizə təqdim edirik:

Nayorada könüllülüyə başladığım 6 ay ərzində istər yerli, istərsə də beynəlxalq sferadakı layihələrdə iştirak etmək fürsəti əldə etdim. Mən burada  ofis proqramlarında işləməyi, komanda ilə çalışmağı,problemləri vaxtında həll etmək kimi bilik və bacarıqlar qazandım.Nayora bir ailədir. Əməkdaşların göstərdiyi münasibət,mehribançılıq bizi bu ailəyə daha da bağlayır.

#KönlümAzərbaycan #AzGF  #IVD2019 #VolunteeringDay