Könüllümüz Xəyyam Sultanlının “Könüllülük mənim üçün nədir❓” təəssüratı

12 İyul 2019

Könüllümüz Xəyyam Sultanlının  “Könüllülük mənim üçün nədir❓” təəssüratı

NAYORA Azərbaycan Respublikası Gənclər Fondunun başlatdığı “Azərbaycan Könüllülük Həftəsi”-nə “Könüllülük mənim üçün nədir❓” kampaniyası ilə qoşulur. 

1-9 dekabr tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Könüllülük Həftəsi” bütün könüllü təşkilatları və hərəkatlarını, həmçinin Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edir. Könüllümüz Xəyyam Sultanlı da NAYORA-dakı könüllük fəaliyyəti haqqında öz fikirlərini bizimlə bölüşmüşdür. Xəyyamın fikirlərini sizə təqdim edirik:

NAYORA-da  könüllü olmaq mənə daha hərtərəfli olmağımda kömək etdi. Kollektivin bir parçası olaraq həm necə daha faydalı işləməyi, həm də birlikdə işlədikdə ən effektiv və səmərəli nəticənin əldə edilməsini yaxından öyrəndim. Gənclər sahəsində görülən işlərin işləmə mexanizmi ilə tanış olmaq üfüqlərimi genişlətdi və mənə gələcəkdə də faydalı olacaq bir təcrübə qazandırdı.

#könlümAzərbaycan #AzGF#NAYORA #IVD2019 #VolunteeringDay