MDB İştirakçı-Dövlətlərinin Gənclərlə İş üzrə Şurasının iclası keçirilmişdir

30 May 2019

MDB İştirakçı-Dövlətlərinin Gənclərlə İş üzrə Şurasının iclası keçirilmişdir

Tədbirin məqsədi: Təşkilati məsələlərlə yanaşı, quruma üzv ölkələrdə seçkilərin keçirilməsinin müşahidəsinin təşkili, könüllülük proqramı, zəfərin ildönümünə hazırlıq, standart və hazırkı məsələlər, Antiterror fəaliyyətin hüquqi təminatı və digər məsələlərin müzakirəsi

Tədbirin formatı və keçirilmə yeri: İclas, Tatarıstanın paytaxtı Kazan şəhəri

Təşkilatçı(lar): MDB Gənclər Parlamentlərarası Assambleyası və MDB Gənclər Şurası

İştirakçılar: ARGTMŞ-nın sədri

30-31 May 2019-cu il tarixində Tatarıstanın paytaxtı Kazan şəhərində MDB İştirakçı - Dövlətlərinin Gənclərlə İş üzrə Şurasının növbəti iclası keçirilmişdir. Belə ki, MDB Gənclər Parlamentlərarası Assambleyasının və MDB Gənclər Şurası ilə birgə iclası baş tutub. Assambleyanın Şura iclasında təşkilatı məsələlərlə yanaşı, quruma üzv ölkələrdə seçkilərin keçirilməsinin müşahidəsinin təşkili, könüllülük proqramı, zəfərin ildönümünə hazırlıq, standart və hazırkı məsələlər, Antiterror fəaliyyətin hüquqi təminatı və digər məsələlər müzakirə olunmuşdur.
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev və Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının sədri Məryəm Məcidova (@maryam_majidova) iclasda iştirak etmişlər.
Qeyd üçün bildirək ki, şuranın növbəti iclası noyabr ayında Bakı şəhərində keçiriləcəkdir.