Məryəm Məcidova Doha - 2019, İslam Tərəfdaşlığı Təşkilatının Gənclər Paytaxtının bağlanış mərasimində iştirak etmişdir

21 Yanvar 2020

Məryəm Məcidova Doha - 2019, İslam Tərəfdaşlığı Təşkilatının Gənclər Paytaxtının bağlanış mərasimində iştirak etmişdir

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası İslam Konfransı Gənclər Forumunun təsisçi üzvü olaraq 16-17 yanvar tarixində Doha - 2019, İslam Tərəfdaşlığı Təşkilatının Gənclər Paytaxtının bağlanış mərasimində iştirak etmişdir. Tədbir Qətər Dövlətinin Gənclər və İdman Nazirinin çıxışı ilə açıq elan olunub. Daha sonra 1 il ərzində müsabiqə çərçivəsində maraqlı layihələrlə çıxış edən gənclərin mükafatlandırma mərasimi baş tutmuşdur. Qalib olan gənclər müxtəlif ölkələrin nümayəndələri olmuşdur.

ARGTMŞ-ni təmsil edən Məryəm Məcidova 2 günlük tədbir çərçivəsində İslam Konfransı Gənclər Forumunun prezidenti cənab Taha Ayhanla iki tərəfli görüşdə iştirak edib. Tədbir Qətər Dövlətinin Gənclər və İdman Nazirinin çıxışı ilə açıq elan olunub.  Eyni zamanda Məryəm xanım İslam Konfransı Gənclər Forumuna üzv olan digər gənclər təşkilatları ilə də görüşlər keçirib. 

Qeyd edək ki 2020 il üçün "İslam Tərəfdaşlığı Təşkilatının Gənclər Paytaxtı" (OIC Youth Capital) adını Bangladeş Respublikasının paytaxtı Dhaka şəhəri təhvil alıb. Bu münasibətlə Dhaka şəhərinə 2020-ci ildə uğurlar arzu edirik!