Mingəçevir şəhərində “Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə” mövzusunda təlimlər keçirilmişdir

31 May 2019

Mingəçevir şəhərində “Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə” mövzusunda təlimlər keçirilmişdir

 

Tədbirin məqsədi: “Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə” konfransının davamlılığının təmin edilməsi

Tədbirin formatı və keçirilmə yeri: Təlim, Mingəçevir Gənclər Evi

Təşkilatçı(lar): ARGTMŞ

İştirakçılar: 25 gənc

18 May 2019-cu il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə ADA Universitetində 100-dən çox gəncin iştirakı ilə həyata keçirilmiş "Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə" konfransının davamlılığının təmin edilməsi məqsədi ilə 31 May tarixində Mingəçevir şəhərində fəaliyyət göstərən Gənclər Evində ilk təlim görüşü baş tutub.

Təlim görüşü "International Youth Society" təşkilatının ölkə üzrə direktoru Məhbubə Musayeva tərəfindən Mingəçevir şəhərində müxtəlif gənclər təşkilatlarının üzvü olan və aktiv fəaliyyət göstərən 25 gəncin iştirakı ilə keçirilmişdir.
Görüş, "International Youth Society" təşkilatının ölkə üzrə direktoru Məhbubə Musayeva tərəfindən Mingəçevir şəhərində müxtəlif gənclər təşkilatlarının üzvü olan və aktiv fəaliyyət göstərən 25 gəncin iştirakı ilə keçirilmişdir.
Təlimdə ilk olaraq Məhbubə Musayeva NAYORA tərəfindən 9000-dən çox gənc arasında keçirilmiş DİM üzrə sorğunun nəticələrini elan etmiş, daha sonra isə iştirakçılar qruplarda iş şəklində Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyət planlamas aparıblar.
Qeyd edək ki, təlim görüşləri 1 İyun - Gəncə Gənclər Evi və Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzi, 2 İyun - Balakən Gənclər Evində keçiriləcək və Şirvan Gənclər Evində isə artıq keçirilmişdir.


#NAYORA #AzGF #DİM #HeçKəsKənardaQalmasın