NAYORA “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramının başlandığını elan edir.

29 Aprel 2021

NAYORA “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramının başlandığını elan edir.

Son müraciət tarixi: 30 May 2021

MÜRACİƏT ET

NAYORA “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramının başlandığını elan edir.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramına start verir. Proqram çərçivəsində NAYORA-ya üzv olan gənclər təşkilatlarının müəyyən edilmiş istiqamətlər üzrə layihələrinin həyata keçirilməsi üçün müvafiq və zəruri resurslarla təmin edilməsi nəzərdə tutulur. Proqramın əsas məqsədi gənclər təşkilatlarının fəaliyyətlərinin genişləndirilməsi, eyni zamanda yerli və beynəlxalq səviyyədə müxtəlif istiqamətlərdə inkişafına nail olmaq, gənclərlə gənclər təşkilatları arasında birgə işin artırılmasında vasitəçilik etmək, gənclərdə vətənpərvərlik hislərini intensiv olaraq aşılamaq, gənclər təşkilatlarının fəaliyyətlərini stimullaşdırmaq, həmçinin gənclərlə iş sahəsində araşdırmaların aparılmasına nail olmaqdır. 

Proqramın mövzu istiqamətləri: 

  • Gənclər təşkilatları tərəfindən Vətənpərvərliyin düzgün təbliği və gənclərin maarifləndirilməsi istiqamətində layihələrin təşkili;

  • Gənclərlə iş sahəsində uğurlu yerli və xarici təcrübələrin araşdırılaraq, tədqiqat sənədlərinin, məqalələrin və analitik hesabatların hazırlanması istiqamətində layihələrin təşkili (gəncləri maraqlandıran məsələlərlə bağlı sorğuların keçirilməsi, yeni reallıqlar şəraitində gənclərin iştirakçılığının artırılması və.s.)

  • İnformasiya mübarizəsində gənclərin iştirakının artırılması istiqamətində layihələrin təşkili (sosial şəbəkələrdə gənclərin aktiv təbliğat aparması, xarici auditoriya üçün müxtəlif dillərdə bloq və məqalələrin hazırlanması, saxta xəbərlərlə mübarizədə gənclərin rolunun arıtırlması);

  • Regionlarda Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə aid olan istiqamətlərə dair layihələrin təşkili;

  • Gənclər təşkilatları tərəfindən düzgün peşə və ixtisas seçiminə dair gənclərin maarifləndirilməsi istiqamətində layihələrin təşkili;

  • Yerli və beynəlxalq layihələrin yazılması və idarəedilməsi istiqamətində gənclərin bilik, bacarıq və təcrübələrinin artırılmasına dair layihələrin təşkili;

 

Proqramda iştirak üçün məlumatlar:

Proqrama ölkə üzrə NAYORA-ya üzv olan bütün gənclər təşkilatları müraciət edə bilərlər. Üzv gənclər təşkilatlarının layihələrinin dəstəklənməsi mərhələsində paytaxt və region təşkilatlarına, həmçinin gənclərin inkişafında layihələrin davamlılığına xüsusi önəm veriləcək.

Dəstəklənəcək layihələrin 50%-i region, 50%-i isə Bakıda fəaliyyət göstərən təşkilatlar arasından müəyyənləşdiriləcəkdir. Qeyd edək ki, layihələrini həyata keçirmək üçün resurs dəstəyi alacaq təşkilatlar son 2 ildə ən azı 2 layihə icra etməli və NAYORA-nın fəaliyyətlərində aktiv şəkildə iştirak etməlidirlər.

QEYD 1: Proqrama yalnız NAYORA-ya üzv gənclər təşkilatları layihə təklifi ilə müraciət edə bilərlər. 

 

Proqram çərçivəsində resurs dəstəyi göstərilməyəcək layihələr: 

Proqramın mövzularına uyğun olmayan, maddi yardım, təhsil xərcinin ödənilməsi, xaricə səfərlə bağlı xərclər, həmçinin siyasi, dini və kommersiya (gəlir əldə edən) məqsədli layihələrə seçim mərhələsində baxılmayacaq. 

 

Layihələrə ayrılması nəzərdə tutulan resurs dəstəyi:

Layihəsini icra etmək üçün proqramın qalibi seçilən hər bir üzv gənclər təşkilatına 3.000 AZN-dək resurs dəstəyinin ayrılması nəzərdə tutulub.  

 

Layihələrin seçim mərhələsi: 

Layihələrin seçilməsini müvafiq sahə üzrə ixtisaslaşmış müstəqil ekspertlərdən ibarət komissiya həyata keçirəcək. 

 

Layihələrin qəbul tarixləri:

Layihələrin qəbulu 2021-ci ilin 1 may tarixindən - 30 may, saat 18:00 tarixinədək (Bakı vaxtı ilə) baş tutacaq. 

 

Layihələrin icra müddəti: 

Üzv gənclər təşkilatları tərəfindən təklif edilən layihələr minimum 3, maksimum 6 ayı əhatə etməlidir. 

 

QEYD 2: May ayında Zoom platforması üzərindən Proqrama dair infosessiya keçirilməsi planlaşdırılıb. 

 

Layihələri necə təqdim etmək olar:

Layihələrinizi pandemiya səbəbindən tətbiq edilmiş karantin rejiminin tələblərinə uyğun olaraq yalnız onlayn şəkildə təqdim etməyiniz xahiş olunur. Bu məqsədlə, layihənin təqdim edilməsinə dair bütün sənədləri zəruri hissələrdə təşkilat sədrinin və ya səlahiyyətli nümayəndənin imzası və təşkilatın möhürü ilə möhürləyib çap edərək secretariat@nayora.az e-poçt ünvanına göndərə bilərsiniz. E-poçt vasitəsilə sənədlərinizi göndərdiyiniz zaman “Mövzu” yerinə “Gənclər Təşkilatlarının Fəaliyyətinin Dəstəklənməsi Proqramı”, mətn yerinə isə öz ad, soyadınız (təşkilatın rəhbəri və ya səlahiyyətli nümayəndəsi) və əlaqə nömrənizi qeyd etməyiniz xahiş edilir. 

 

Proqramıın əlaqələndirici şəxsi: 

Fərman Məmmədov

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının

Yerli layihələrlə iş katibi

Mobil nömrə: +994 77 421 11 36

Ofis nömrəsi: +994 12 597 56 19

 

Layihənin təklif edilməsi üçün lazım olan sənədlər müraciət linkində yerləşdirlimişdir.